06 İyun 2020, Şənbə

       Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər – 2020” mövzusunda onlayn  respublika elmi-praktik konfransı keçirilib.

        Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov institutda fənn kurikulumlarının tətbiqi ilə bağlı görülmüş işlərdən danışaraq bildirib ki, hər il ənənəvi olaraq institutda mövzu ilə əlaqədar olaraq respublika elmi-praktik konfransı keçirilir. Kurikulum islahatlarının tarixinə toxunan rektor qeyd edib ki, institutda muxtar respublikada müəllimlərin ixtisas¬artırması və təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə fəaliyyət göstərən pedaqoji ictimaiyyətin elmi-metodik təminatı ilə bağlı həyata keçirilməsi funksional vəzifələr sırasındadır.

      Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev diqqətə çatdırıb ki, universitetdə yaradılan müasir maddi-texniki imkanlar, distant təhsil şəbəkəsi üçün yaradılan infrastruktur bu gün 1000-ə yaxın insanı mövcud  proqram vasitəsilə virtual məkana dəvət etmək gücündədir. Rektor  qeyd edib ki, rəhbəri olduğu ali təhsil ocağında pedaqoji profilli 16 ixtisasın mövcuddur, magisrtatura səviyyəsini 5 ixtisas üzrə 50-yə yaxın tələbə təhsil alır. Bu ali təhsil ocağında doktorantura səviyyəsində pedaqoji profilli ixtisasların tədqiqat yönümlü işlərə cəlb edilməsi peşənin  gələcək perspektivindən xəbər verir.

     Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov müasir dövrdə ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə bağlı yaradılan şərait və kurikulumun tətbiqindən sonra təhsildə qazanılan uğurlar barədə məlumat verib. Gənc müəllimlərdən ibarət assosiasiyanın yaradılmasından da danışan nazir qeyd edib ki, muxtar respublika təhsil strategiyasının mühüm tərkib hissəsi kimi birliyin yaradılmasında əsas məqsəd azad fikrə, yaradıcı gücə, innovativ biliklərə malik olan fəal gənc müəllimlərin bir araya gəlməsi və innovativ layihələrin tətbiqi və icrasıdır.

       Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılovun “Şagirdlərin təlim nailiyyətlərinin pedaqoji monitorinqi”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyevanın isə “İbtidai siniflərdə fənlərarası inteqrasiyanın təşkili təcrübəsi” mövzusunda məruzələri dinlənilib.

                Müxtəlif bölmələr üzrə öz işini davam etdirən konfransda 80-dən çox məruzə dinlənilib.

 

 Naxçıvan Müəllimlər İnstitutunun mətbuat

və ictimaiyyətlə əlaqələr xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR