07 İyun 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə onlayn şəkildə gənclər arasında “Kim? Nə? Hara?” intelektual oyunu keçirilmişdir.     

Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların zehni inkişafının, dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə  təşkil edilən oyun 8 raunddan ibarət olmuş, hər raundda müxtəlif mövzularda 3 sual səsləndirilmişdir. Sonda suallardan daha çoxuna düzgün cavab verən gənclər qalib hesab edilmişlər. Oyunun nəticələrinə əsasən Güllü İbrahimova daha çox xal toplayaraq oyunun qalibi adını qazanmışdır. Əli Əliyev və Zeynəb İsmayılova isə müvafiq olaraq II və III yerin sahibi olmuşlar.

 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR