15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Son dövrlər elmi ictimaiyyətin əsas müzakirə mövzularından biri “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması ilə bağlıdır. Çoxcildliyin hazırlanması sahəsində son vəziyyəti öyrənmək üçün AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə müraciət etdik:
– Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə” Sərəncamına əsasən, bu il çoxcildliyin birinci cildinin hazırlanması və çapa təqdim olunması nəzərdə tutulur. Hazırda bu istiqamətdə hansı işlər görülür?
– Qeyd etdiyiniz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamına əsasən, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşri nəzərdə tutulmuşdur. Bununla əlaqədar AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin qarşısına mühüm vəzifələr qoyulmuşdur.

Məlumdur ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizin öyrənilmə­miş bir sıra sahələrinə diqqət artırılmış, həmin istiqamətdə tədqiqatlar aparılmağa başlanılmışdır. Naxçıvan tarixi ilə bağlı da araşdırmalara başlanılmışdır. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan sonra bu sahəyə diqqət xeyli artırılmışdır. Nəticədə, Naxçıvan tarixi ilə bağlı maraqlı tədqiqatlar aparılmış, onlarla kitab və monoqrafiyalar, yüzlərlə məqalələr yazılmışdır. Adıçəkilən sərəncamda qeyd olunduğu kimi, “Naxçıvan tarixinə dair bir sıra elmi nəşrlər meydana çıxmışdır. Son dövrlərdə aparılan araşdırmalar nəticəsində Naxçıvanın mədəniyyəti, tarixi və abidələri, arxeologiya və etno­qrafiyası... müxtəlif tədqiqatların predmetinə çevrilmiş, yeni elmi istiqamətlər müəyyənləşdirilmiş və bir sıra nəticələr əldə olunmuşdur”.
Bütün bunlar imkan vermişdir ki, “Naxçıvan tarixi” kimi fundamental və Naxçıvan diyarının bütün dövrlərini əhatə edə bilən çoxcildli kitab yazılsın.
“Naxçıvan tarixi” çoxcildliyinin yazılmasına keçən ilin axırlarından başlanılmışdır. İlk növbədə, üç cild olacaq “Naxçıvan tarixi”nin hər bir cildini əhatə edəcək dövr müəyyənləşdirilmiş, plan-prospekt tərtib edilmiş, hər cildin müəllifləri seçilmişdir.
2013-cü il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mövcud vəziyyəti dinləmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
“Naxçıvan tarixi” çoxcildliyinin birinci cildi Naxçıvanın ən qədim dövrdən XVIII əsrin ortalarınadək, yəni xanlıqlar zamanınadək olan dövrünü əhatə edəcəkdir. Birinci cild giriş, 7 fəsil, xronologiya, ədəbiyyat siyahısı, xəritə və illüstrasiyalardan, şəkillərdən ibarətdir. Kitabın birinci cildi artıq tamamlanmaq üzrədir və yaxın günlərdə çapa veriləcəkdir.
– Çoxcildliyin ayrı-ayrı cildlərinə müvafiq dövrlərə aid şəkillər, xəritələr, illüstrativ materiallar, sxemlər, cədvəllər daxil edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə hansı işlər həyata keçirilir?
– Yuxarıda birinci cildlə əlaqədar bu barədə bəzi fikirlər söylədim. İşçi qrupu hər üç cilddə olacaq xəritələri, şəkilləri, illüstrativ materialları, cədvəlləri və başqa əlavələri tərtib etmişdir. Bu qəbildən olan yüzə yaxın material birinci cildə daxil edilmişdir. Sonrakı cildlərə daxil ediləcək materiallar redaksiya heyətində müzakirə olunduqdan sonra müvafiq cildlərin əlavəsində veriləcəkdir. Bu barədə elə bir çətinlik yoxdur. Xəritələr “Naxçıvan tarixi atlası” üçün işlənmişdir. Hər cildə daxil olacaq xəritələr oradan seçilmişdir. Arxeoloji qazıntılar nəticəsində əldə olunmuş maddi-mədəniyyət nümunələrinin arxeoloq alimlər tərəfindən şəkilləri və illüstrasiyaları hazırlanmışdır. Onların içərisindən kitabın əhatə etdiyi dövrə uyğun olanlar seçilmişdir. Müvafiq dövrə aid tarix və mədəniyyət abidələrinin şəkilləri Naxçıvan abidələri pasportlaşdırılarkən çəkilmişdir. Digər xarakterli sxemlər və cədvəllər də müxtəlif tədqiqatçıların tədqiqatlarında, toplanmış materiallarda mövcuddur, onlardan istifadə olunacaqdır.
– Çoxcildliklə bağlı aparılan ilkin müzakirələr zamanı birinci cilddə Naxçıvan tarixinin qədim dövrlərdən XVIII əsrin ortalarınadək olan dövrünün əksini tapması nəzərdə tutulmuşdu. Birinci cildin xronoloji çərçivəsi dəqiq müəyyənləşibmi? Mümkünsə, bu cildə daxil ediləcək fəsillər haqqında məlumat verərdiniz.
– “Naxçıvan tarixi” çoxcildliyinin cildlərini əhatə edəcək dövr seçilərkən Azərbaycan tarixinin dövrləşməsində mövcud prinsiplər əsas götürülmüşdür. Artıq yüz illərdir ki, bu dövrləşmə müzakirə olunur və dəqiqləşmələr aparılmışdır. Biz “Naxçıvan tarixi”ndə də bu dövrləşməni gözləmişik. Birinci cildin, eləcə də sonrakı cildlərin xronoloji çərçivəsi dəqiq müəyyənləşdirilmişdir. Qeyd etdiyimiz kimi, birinci cild Naxçıvanın ən qədim dövrdən xanlıqlar dövrünədək, ikinci cild XVIII əsrin ortalarından (xanlıqlar dövründən) İkinci Dünya müharibəsinədək, üçüncü cild isə İkinci Dünya müharibəsindən günümüzədək olan dövrü əhatə edəcəkdir. Təbii ki, Naxçıvan tarixini əhatə edəcək dövrlər müxtəlif fəsillərdə öz əksini tapacaqdır.
“Naxçıvan tarixi”nin birinci cildi 6 fəsildə nəzərdə tutulmuşdu. İş prosesində bir fəsil də artırılmışdır. I cild 7 fəsildən ibarət olacaq. Bu cild “Naxçıvan ən qədim dövrdə”, “Naxçıvan e.ə. IX – b.e. II əsrlərində”, “Naxçıvan ərazisində yaşayan əhalinin etnogenezi məsələsinə dair”, “Naxçıvan erkən orta əsrlər dövründə”, “Naxçıvan X-XIII əsrin I rübündə”, “Naxçıvan XIII-XV əsrlərdə”, “Naxçıvan Səfəvilər dövründə” adlanan fəsillərdən ibarətdir. Fəsillərin adlarından da aydın olur ki, bəhs olunan dövr fəsillərdə ifadə olunur.
– Ötən illərdə olduğu kimi, bu il də muxtar respublikamızın müxtəlif ərazilərində arxeoloji ekspedisiyalar tədqiqatlar aparmışdır. Bu tədqiqatlar zamanı aşkara çıxarılan yeni faktlar çoxcildlikdə öz əksini tapacaqmı?
– Naxçıvan ərazisində XIX əsrdən arxeoloji tədqiqatlar aparılır. 2006-cı ildən isə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərir. “Naxçıvan tarixi” çoxcildliyinin bir mühüm əhəmiyyəti arxeoloji ekspedisiyaların əldə etdikləri nəticələrin bu kitabda əksini tapmasıdır. Bir neçə faktla fikrimi çatdırmaq istəyirəm. Son illərə qədər Naxçıvan ərazisində ən qədim insanların Daş dövründən yaşaması Qazma mağa­rasının materialları əsasında əsas götürülürdü və bunun tarixi 80-100 min il hesab edilirdi. Şərur rayonu ərazisindəki Ovçular təpəsində qazıntı nəticəsində əldə olunan iki əmək aləti bunun 500-300 min il əvvələ təsadüf etdiyini göstərir. Ovçular təpəsində aparılan araşdırmalar Naxçıvanın qədim mədəniyyətin, xüsusilə Kür-Araz mədəniyyətinin beşiyi olduğunu və bu mədəniyyətin V-IV minilliyə aid olduğunu göstərir. Yaxud Oğlanqalada aparılan arxeoloji tədqiqatlar nəticəsində bu ərazidə müstəqil dövlətin olması, bunun Urartuya tabe olmaması və ona qarşı mübarizə aparması təsdiq olunur. Duzdağdakı ekspedisiya yeni faktlar aşkara çıxarmışdır. Beynəlxalq arxeoloji ekspedisiya sübut etmişdir ki, Duzdağ ərazisindən e.ə. V min­illikdən duz çıxarılır və bu, dünyanın ən qədim duz çıxarılan mədənidir. I Kültəpə ərazisində hələ keçən əsrin 50-70-ci illərində O.Həbibul­layevin rəhbərliyi ilə arxeoloji tədqiqatlar aparılmış və bu abidənin tarixi e.ə. V minilliyə aid edilmişdir. Beynəlxalq ekspedisiya üzvləri bu il I Kültəpədə yenidən tədqiqatlara başlamış və maraqlı nəticə əldə olunmuşdur. Onların fikrincə, bu abidənin tarixi 7 min ildən çoxdur.
Əlbəttə, qeyd olunan və olunmayan faktlar çoxcildlikdə nəzərə alınacaqdır.
– İkinci və üçüncü cildlərin hazır­lanması istiqamətində işlərdən danışaq. O cildlərə daxil ediləcək fəsillər üzərində iş paralel olaraq gedirmi?
– “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması ilə bağlı məlum sərəncamdan sonra qarşıda duran əsas vəzifə fəsilləri yaza biləcək müəlliflərin seçilməsi idi. Təbii ki, müəllifləri seçərkən onların elmi potensialları və tədqiqat istiqamətləri əsas götürülmüşdür. Bütövlükdə, 30 müəllif və 10 nəfər işçi qrupu müəyyənləşdirilmişdir. Bütün fəsillər, hətta fəsillərdəki paraqraflar müəlliflərə təklif edilmiş, bir sözlə, müəlliflər seçilmişdir. Kitabın ikinci və üçüncü cildlərinin müəllifləri məlumdur və paralel olaraq onlar tapşırılan fəsillər üzərində işləyirlər. Həmin müəlliflərlə də bir neçə dəfə görüşmüş, vəzifələr müəyyənləşdirmiş və qarşıya çıxan məsələləri yerindəcə həll etmişik. Bir neçə müəllifi elmi ezamiyyəyə göndərmişik. Birinci cilddən fərqli olaraq, II və III cildlərin yazılmasında vaxt imkanı istənilən qədərdir. Oktyabr ayında növbəti cildlərin müəllifləri ilə yenidən görüşəcək, vəziyyətlə tanış olacağıq. Bu cildlər üçün material zənginliyi də işimizi bir qədər asanlaşdırır.
Ümumiyyətlə, “Naxçıvan tarixi” çoxcildliyinin Naxçıvanşünaslığa layiqli töhfə olması üçün əlimizdən gələni edəcəyik. Həmin kitabların vaxtında işıq üzü görməsi üçün onlar müəyyən edilən vaxtda nəşriyyata təqdim ediləcək.
– Maraqlı müsahibəyə görə sağ olun.

Müsahibəni apardı:

Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275908
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1350
4179
13677
60554
3275908

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter