25 May 2020, Bazar ertəsi

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-də saat 23:59-dək davam edəcək.

 Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

Martın 5-i saat 10:00-a olan məlumata əsasən, 13072 (Azərbaycan bölməsi -12682; rus bölməsi -390) abituriyent ərizəsini təsdiq edib.

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR