06 İyul 2020, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 39 min 966 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

 İmtahanların təşkil edilməsi üçün 87 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 3145 nəzarətçi-müəllim, 268 buraxılışı təşkil edən əməkdaş, 87 bina nümayəndəsi ayrılıb. İmtahan saat 1100-da başlanıb və 3 saat davam edib. 

Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanlarda, ümumilikdə, 3536 şagird iştirak edib. Bunun üçün 12 imtahan binası ayrılıb, 170 zal hazırlanıb, 346 nəzarətçi və 28 imtahan rəhbəri cəlb olunub. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 45 tapşırıq təqdim edilib.
İmtahanda istifadə olunan açıqtipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR