31 Mart 2020, Çərşənbə axşamı

Şahbuz rayonunda rayon üzrə fəaliyyət göstərən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində, musiqi məktəblərində sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cəlal Paşayev açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eltun Həziyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün ölkəmizdə və muxtar respublikada uğurla həyata keçirilir. Naxçıvanda məktəbəqədər müəssisələr, ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələr istifadəyə verildikdən sonra bu müasirtipli infrastrukturların saxlanılma şəraiti, eləcə də sanitar-gigiyenik normalara əməl olunması əsas şərtlərdəndir.
Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən dövlət uşaq müəssisələrində il ərzində bununla bağlı monitorinqlər aparılır. Keçirilən maarifləndirici seminar həmin müəssisələrdə sanitar-gigiyenik normaların daha da təkmil təmin olunması, aparılan işlərin yüksək səviyyədə görülməsi və onların həyata keçirilmə metodlarını aşılamaq məqsədi daşıyır.
Diqqətə çatdırılıb ki, müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının sanitariya qanun­vericiliyini pozmağa görə məsuliyyət daşıyırlar.
Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Abdulla Əsgərov, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Qurbani İbrahimov çıxış ediblər. Çıxışlarda ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətdən danışılıb. Qeyd olunub ki, uşaqların fəaliyyəti üçün müvafiq şərait yaradılmalı, uşaqlar üçün binada və onun həyətində kifayət qədər sahə olmalıdır. Çıxışlarda mövcud nöqsanlar və onların aradan qaldırılma yolları da diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanmış broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR