04 Aprel 2020, Şənbə

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 24 yeni əlyazma və çap kitabı daxil edilib.
Bu münasibətlə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev tariximizi özündə əks etdirən qədim əlyazma və çap kitablarının əvəzsiz rolundan ­danışıb.

Mədəniyyət Nazirliyi tərəfindən əldə olunan kitabların qurumun Əlyazmalar Fonduna hədiyyə edilməsini yüksək qiymətləndirən bölmə sədri milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği istiqamətində Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevin xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, zəngin və əhatəli kitab xəzinəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə, bəşər sivilizasiyasının və dünya tarixinin araşdırılmasında böyük əhəmiyyətə malikdir.
Nazir qeyd edib ki, tarixi və mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən diqqət və qayğının əməli nəticəsidir.
Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bildirib ki, Azərbaycan, ərəb və fars dillərində olan 24 adda əlyazma və çap kitabı sırasında Salman Mümtazın tərtib etdiyi “Azərbaycan ədəbiyyatı: Aşıq Abdulla”, “Azərbaycan ədəbiyyatı. El şairləri” (II cild), ­Abdulla Şaiqin “Türk ədəbiyyatı”, Qafur Rəşadın “Coğrafiya” dərsliyi, müəllifi bəlli olmayan “Fars dili dərsliyi” və digərləri var.

AMEA Naxçıvan Bölməsinin
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR