07 Aprel 2020, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində bölmənin Batabat Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə böyük Azərbaycan alim və mütəfəkkiri Məhəmməd Nəsirəddin Tusiyə həsr olunan elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ensiklopedik biliyə malik alimin müxtəlif elm sahələrinin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Nəsirəddin Tusi elmin müxtəlif istiqamətləri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrə həsr olunmuş əsərlər yazıb. Onun yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.
Vurğulanıb ki, Nəsirəddin Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı əsəri ilə xüsusi rəğbət qazanıb. Sözü­gedən əsər tərbiyəvi əhəmiyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncamla “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilib.
İsmayıl Hacıyev ölkəmizdə dünya şöhrətli alimin yubileylərinin qeyd olunduğunu, əsərlərinin kütləvi şəkildə çap edildiyini, onun haqqında çoxsaylı kitab və məqalələrin yazıldığını bildirib.
Konfransda bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Bayram Rzayevin, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin, Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimovun, Batabat Astrofizika Rəsədxanasının kiçik elmi işçiləri Vəfa Qafarova və Türkan Məmmədovanın böyük alimin həyatı, elmi fəaliyyəti ilə bağlı məruzələri dinlənilib.

AMEA Naxçıvan Bölməsinin
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR