09 Aprel 2020, Cümə axşamı

Dünən Şahbuz rayon “Araz” kinoteatrında “Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminar keçirilib. Seminarda rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təşkilatçılar iştirak ediblər.
Tədbirdə Təhsil Nazirliyi aparatının şöbə müdiri Abdulla Əsgərovun “Məktəb sənədlərinin aparılması və saxlanması”, aparıcı məsləhətçi Ayşən Əsgərovanın “Təhsil müəssisələrində kargüzarlıq işinin təşkili” mövzularında çıxışları dinlənilib.

Seminarda kadr sənədlərinin, şagirdin şəxsi işinin, sinif və dərsdənkənar məşğələ jurnallarının, ümumi və tam orta təhsil haqqında attestat blanklarının ­uçotu və verilməsi, pedaqoji işçilərin şəxsi heyətinin uçotu, məktəbin pedaqoji şurasının protokolu, buraxılan və əvəzedilən dərslərin uçotu, inventarizasiya, əlifba və əmr kitablarının işlənilməsi qaydaları nümunələrlə izah edilib.
Bildirilib ki, təhsil müəssisələrində sənədləşmə işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə keçirilən seminarda qeyd olunanlar gündəlik fəaliyyətdə tətbiq edilməli, məktəb rəhbərləri sənədləşmə işlərini təlimat qaydalarına uyğun aparmalıdırlar.
Sonra nazirliyin hüquqşünası Aygün Məmmədova “Dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlər və qanunvericiliyin pozulmasına görə məsuliyyət” mövzusundakı çıxışında dövlət qulluğu ilə bağlı normativ-hüquqi sənədlər, dövlət qulluqçusunun şəxsi işinin tərtib edilməsi qaydaları və qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərin məsuliyyəti haqqında seminar iştirakçılarına ətraflı məlumat verib.
Sonda suallar cavablandırılıb, mövzu ilə bağlı elektron nümunələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR