31 Mart 2020, Çərşənbə axşamı

Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapı, Ağrı İbrahim Çeçen Universitetinin rektoru, professor Abdulhalik Karabulut Naxçıvan Dövlət Universitetində olublar.
İkitərəfli görüşdə rektor Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verib. Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini bildirən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.

Görüşdə bütün sahələrdə ortaq layihələr reallaşdırmaq, konfranslar, simpoziumlar, elmi toplantılar təşkil etmək, müştərək elmi araşdırmalar aparmaq, tələbə-müəllim mübadiləsi, universitetlərarası idman yarışları həyata keçirmək məsələləri müzakirə edilib. Müxtəlif sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü pro­qramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları hazırlamaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib.
Qardaş Türkiyə universitetlərinin rektorları qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Universitetin İncəsənət fakültəsində olan qonaqlar Azərbaycan - Türkiyə dostluğunu özündə əks etdirən sərgiyə baxıb, konsert proqramını izləyiblər. Tibb fakültəsində isə qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrin burada müvafiq ixtisaslar üzrə həm nəzəri, həm də təcrübi dərsləri keçmələri üçün hər cür şərait mövcuddur. Bunun nəticəsidir ki, bu il fakültəyə qəbul olan 201 xarici tələbədən 153-ü Türkiyə Respublikasındandır.
Universitetin xəstəxanasında, Baytarlıq təbabəti ixtisasının binasında olan qonaqlar burada olan şəraitdən, yaradılan imkanlardan məmnunluqlarını ifadə ediblər. Onlara məlumat verilib ki, Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində qardaş ölkənin Qars Qafqaz Universitetində keçirilən təcrübənin faydası əhəmiyyətli dərəcədədir.

Səadət Əliyeva

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR