06 Avqust 2020, Cümə axşamı


"Naxçıvan" Universitetinin müəllim kollektivi, universitetin tərəfdaş olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşən ERASMUS+EQAC (Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Qurulması və İnkişaf etdirilməsi) layihəsi çərçivəsində Bakı Biznes Universitetində baş tutan təlimdə iştirak ediblər.

 

6 yanvar 2020-ci il tarixdə başlayan 5 günlük təlim keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikiene tərəfindən geniş məzmunda keçirilib. Təlimdə müəllim kollektivi ilə avropalı təhsil eksperti arasında təhsilin keyfiyyəti barədə müzakirələr aparılıb. Bakı şəhərində reallaşan və Azərbaycanın 10 universitetinin əməkdaşlarının iştirak etdiyi təlimdə "Naxçıvan" Universitetini Xarici Dillər Kafedrasının müdiri Anara Nəsirli, kafedranın müəlimləri Könül Babayeva, Ruqiyyə Kərimova, Xəzrin Zeynalova və Bülbül Novruzova təmsil ediblər. Təlimin məqsədi tədris prosesinin tələbəyönümlü təhsil əsasında qurulmasını praktiki olaraq nümayiş etdirməkdir.
Belə ki, təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris və qiymətləndirmə metodları, öyrənmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimatlar edilib. Eyni zamanda tələbəyönümlü təhsilin əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsini və geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılıb. 
Daha sonra müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayaraq nümayiş etdiriblər. Təlim sual-cavab sessiyası və faydalı müzakirələrlə davam edib. Qeyd edək ki, təlim 10 yanvar 2020-ci il tarixdə başa çatıb və təlim iştirakçılara sertifikatlar verilib.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR