29 Yanvar 2020, Çərşənbə

“Naxçıvan” Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə rektor, dosent Nurlana Əliyeva giriş sözü ilə çıxış edərək kollektivə bayram təbriklərini çatdırıb.

Rektor bildirib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi. Buna isə ümummilli liderimiz 1991-ci il dekabrın 16-da, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən nail olmuşdur. Ulu öndər Azərbaycana ikinci rəhbərliyi dövründə də xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlamışdır. Bu müdrik siyasət dövlət başçısı tərəfindən uğurla davam etdirilir.
Sonra tədbirin bədii hissəsi olub. Tələbələrin ifasında səslənən bir-birindən rəngarəng musiqilər və rəqs nömrələri tədbir iştirakçılarında xoş bayram əhval­-ruhiyyəsi yaşadıb.

Seyfur Hacımuradov

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR