09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyə verilmiş “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasında təhsil alan tələbələrin istehsalat təcrübələri ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə nazirliyin şöbə rəisi Zahid Qənbərov açaraq bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir.
Universitetin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə bildirib ki, tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması öz səmərəsini ­verməkdədir.
Nazirliyin əməkdaşı Zeynal Hüseynov Azərbaycan Respublikasında vergi qanunvericiliyi və vergi sistemi haqqında tələbələrə geniş məlumat verib.
Sonra tələbələr nazirliyin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar.

* * *

Naxçıvan Dövlət Universitetinin Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasının IV kurs tələbələri Dövlət Nəqliyyat Xidmətində və aid təşkilatlarda təcrübə keçirlər. Təcrübəçi tələbələrə ictimai nəqliyyat vasitələri sürücülərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, eləcə də avtobuslar üçün dayanacaq məntəqələri və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblər barəsində ətraflı ­məlumat verilib.
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin təmir sexlərində olan tələbələrə sərnişindaşıma fəaliyyəti göstərən avtobuslara gündəlik texniki baxışın keçirilməsi və yarana biləcək nasazlığın aradan qal­dırılması yolları əyani şəkildə ­göstərilib.
Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində avtobusların hərəkət cədvəllərinə riayət edilməsi, hər bir avtobusun sərnişin tutumundan səmərəli istifadə olunması, avtobusların hərəkətinin tənzimlənməsi, sərnişinlərdə biletlərin olmasına, gedişə və baqajın daşınmasına görə ödənişin düzgünlüyünə nəzarətin həyata keçirilməsi tədbirləri barədə danışılıb. Tələbələr avtovağzalın fəaliyyəti haqqında geniş məlumat əldə edib­lər. Onları maraqlandıran suallar ­cavablandırılıb.
Qeyd edək ki, Dövlət Nəqliyyat Xidmətində və aid təşkilatlarda noyabr ayının 12-dən keçirilən növbəti istehsalat təcrübəsi dekabrın 28-dək davam edəcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR