09 Dekabr 2019, Bazar ertəsi

Müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələləri təşkil edir. Dünən Naxçıvan Şahmat Mərkəzində “Şotland oyunu” mövzusunda keçilən növbəti interaktiv dərs zamanı beynəlxalq dərəcəli hakim, Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev oyun haqqında şagirdlərə geniş məlumat verib.

İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri, 1200-da isə ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Məşğələdə bu zəka oyunu zamanı elektron vasitələrdən istifadə qaydaları izah edilib. Bununla yanaşı, həmin gün rayon şahmat məktəbləri ilə keçilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib.
İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər, şahmat məktəblərində isə 250-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR