16 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Müəllimlər İnstitutunda Məhəmmədhüseyn Şəhriyarın “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən “Heydərbabaya salam” poemasının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun rektoru, dosent Elbrus İsayev mütaliənin insan həyatındakı müstəsna rolunu vurğulayıb. O, ustad şairin sadə üslubda, milli dil normalarına uyğun yazılmış şeirlərinin, xüsusən “Heydərbabaya salam” poemasının oxucuda yaratdığı bədii-estetik zövqdən danışıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar” haqqında mövcud ­Sərəncamının icrası nəticəsində gənc nəsildə mütaliəyə marağın artması müşahidə olunur.
İnstitutun kitabxana müdiri Şəfayət Sadiqova Məhəmmədhüseyn Şəhriyarın həyat yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, görkəmli şair poeziyamızı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib.
Tələbələrin ifasında poemadan parçalar dinlənildikdən sonra dəyirmi masa arxasında poemanın dil, üslub xüsusiyyətləri və milli məziyyətləri haqqında geniş müzakirə keçirilib.
Tədbirin sonunda “Heydərbabaya salam” poemasına dair videoçarxa baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR