09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində Naxçıvan Dövlət Texniki Kollecinin xidmətin hamiliyinə verilmiş Baytarlıq ixtisası tələbələri ilə görüş keçirilib. Tədbiri xidmətin rəisi Vəli Novruzov açaraq qeyd edib ki, heyvanların baş sayının artmasında və sağlamlığının qorunmasında baytar həkimlərin böyük əməyi vardır. Onlar idxal və ixrac edilən heyvan mənşəli məhsulların keyfiyyətinə davamlı olaraq nəzarət edir. Eyni zamanda heyvanlarda olan yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə işləri aparılır. Baytarlıq ixtisasında təhsil alan tələbələrə Dövlət Baytarlıq Xidmətində nəzəri və praktik dərslərin keçilməsi onların gələcəkdə mütəxəssis kimi formalaşmasında böyük rol oynayacaqdır.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il aprelin 3-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı muxtar respublikamızda gənclərin startap layihələrində fəal iştirakına və bu sahədə dövlət dəstəyinin güclənməsinə imkan yaradıb. Yeni layihələrin – startapların həyata keçirilməsi və hami təşkilatlarda bununla bağlı ekspert qruplarının və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlərin yaradılması sərəncamın əsas mahiyyətlərindən biridir.
Tədbirdə Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edib, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnməsi baxımından sərəncamın əhəmiyyətini vurğulayıb.
Sonra Dövlət Baytarlıq Xidməti əməkdaşlarından Elnur Əliyev və Fariz Şıxəliyev çıxış ediblər, suallar cavablandırılıb. Tələbələr Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyasının iş prinsipi ilə tanış olub, onlara patoloji materialların qəbulu, qan nümunələrinin yoxlanılması qaydaları izah edilib, cihaz və avadanlıqlar haqqında məlumatlar verilib.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR