09 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində təcrübə keçirlər.

Meliorasiya və su təsərrüfatı sahəsində tətbiq edilən yeniliklər, müasir suvarma sistemləri, hidrotexniki qurğular barədə təsəvvürün yaranması məqsədlə tələbələr ayrı-ayrı sahələrdə iş prosesi ilə tanış olublar.
Tələbələr təcrübə zamanı Şahbuz rayonunun Türkeş kəndində tikintisi aparılan qapalı suvarma şəbəkəsinin və Külüs kəndindəki nasos stansiyasının ərazilərində olublar. Məlumat verilib ki, qapalı suvarma şəbəkəsi və nasos stansiyası vasitəsilə Şahbuz rayonunda 700 hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılacaq. Tikinti işləri aparılarkən ərazinin relyefi nəzərə alınıb.
Sonra tələbələrə mütərəqqi suvarma sistemlərinin qurulması, tətbiq edilməsi, nasos stansiyalarının tikintisi, suvarmanın təkmilləşdirilməsi barədə geniş məlumat verilib.
Qeyd edək ki, tələbələrin təcrübə ­keçmələrində əsas məqsəd onların aldığı nəzəri bilikləri möhkəmləndirmək, sonrakı əmək fəaliyyətlərində istifadəsini təmin etmək, tələbələrlə mütəxəssislər arasında əlaqələri gücləndirməkdir.
İstehsalat təcrübəsi yeddi həftə müddətində davam edəcək.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR