16 Dekabr 2019, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında ali təhsil ocağının “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasovanın “Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi-ictimai əhəmiyyətini qeyd edərək Azərbaycanın gender tarixinə dair yazılmış mükəmməl bir dərs vəsaiti olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən ­qoyulan gender siyasətinin uğurlu davamı ölkəmizdə, eləcə də muxtar respublikamızda qadınların sosial həyatın bütün sahələrinə fəal surətdə cəlb olunması ilə nəticələnib.
Tarix üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova qeyd edib ki, dərs vəsaiti, ilk növbədə, müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnən mühüm bir məsələnin elmi əsaslarla sistemli və kompleks şəkildə tədqiqinə həsr olunması baxımından maraq doğurur.
Bildirilib ki, kitabda ümummilli liderin birinci dəfə Azərbaycanda ali hakimiyyətə gəlişindən müasir dövrədək ölkənin sosial-iqtisadi, ­mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişikliklər ümumi şəkildə dəyərləndirilib.
Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov vurğulayıb ki, giriş, 4 fəsil və nəticədən ibarət olan yeni nəşr bir daha təsdiq edir ki, artıq Azərbaycan tarix­şünaslığının Naxçıvan məktəbi formalaşıb. Kitabın elmi əhəmiyyəti nəzərə alınaraq xarici dillərə tərcümə olunması da məqsədəuyğundur.
Sonda müəllif muxtar respublikada yaradıcı insanların elmi-­pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR