10 Dekabr 2019, Çərşənbə axşamı

Dünən Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma kursunun başlanğıc konfransı keçirilib.
Konfransı institutun prorektoru Azad Novruzov açıb. Qeyd olunub ki, hazırkı kurs ibtidai siniflərdə Ana dili fənnindən şagirdlərdə qavrama bacarıqlarının inkişaf etdirilməsi mövzusuna həsr ediləcəkdir. Kursda “Oxu modelləri”, “Oxu təlimində istifadə olunan üsullar”, “Oxuya verilən tələblər”, “Köməkçi oxu metodlarından istifadə və səmərəli oxu strategiyalarının tətbiqi” və digər mövzularda təlimlər keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.
İnstitutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyevanın “Strategiyalı oxu və onun təşkili” mövzusunda məruzəsi dinlənilib.
Sonra konfrans öz işini davam etdirib.

 Pərviz HACILI

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR