10 Dekabr 2019, Çərşənbə axşamı

“Naxçıvan” Universitetinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə keçirdiyi tədbirdə ali təhsil ocağının Riyaziyyat və informatika kafedrasının müəllimi Şamil Hümbətov çıxış edərək bildirib ki, tələbələrin innovativ ideyalarının inkişaf etdirilməsi baxımından belə tədbirlər çox əhəmiyyətlidir. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə startap ekosisteminin inkişaf etdirildiyini vurğulayan Şamil Hümbətov startapın inkişafı üçün universitetdə gənclərə hər cür şərait yaradıldığını qeyd edib.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri, işçi qrupunun üzvü Hüseyn Əsgərli internet portalının texniki imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, “Startap Naxçıvan” hərəkatı muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır. İnnovativ təhsil mühiti müəllimlərə də öz üzərində işləməklə peşəkarlıqlarını artırmağa və sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.
Vurğulanıb ki, həyatımızın bütün sahələrində innovativ layihələrin tətbiqinin zəruri olduğu bir dövrdə startap portalının həyata keçirilməsi çox uğurlu təşəbbüsdür. Bu portal ölkəmizdə milli startap infrastrukturunun inkişaf etməsinə, yeni biznes inkubatorların yaradılmasına imkan verəcək və startapçılar arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir. Portal tələbələrin yaradıcı düşünmə, yeni ideyaların, mövcud məsələlərə fərqli yanaşma üslubunun üzə çıxarılmasında mühüm rol oynayacaqdır.
Tədbir diskussiya şəraitində davam etdirilib, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR