13 Dekabr 2019, Cümə

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsəd­xanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev seminarın keçirilməsinin aktuallığı barədə məlumat verib. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamını xatırladıb. Qeyd olunub ki, sərəncamdan irəli gələn əsas vəzifələrdən biri muxtar respublika ərazisindəki ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hami­li­yə götürülmüş tələbələrin elmə ­maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.
Daha sonra Qulu Həziyev “Fizikanın və astronomiyanın müasir problemləri”, kiçik elmi işçilər Vəfa Qafarova “Kainatda qara çuxurlar” və Türkan Məmmədova “Müasir yerüstü optik teleskoplar” mövzularında çıxış ediblər.
Rəsədxana əməkdaşları həm fizikanın, həm də astronomiyanın maraqlı və aktual mövzuları haqqında videomateriallardan istifadə etməklə seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR