07 Dekabr 2019, Şənbə

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında cari ilin birinci yarım ilində görülmüş işlərin yekunları, qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov məruzə edib. Bildirib ki, ötən müddətdə təşkilatın xətti ilə əlamətdar və tarixi günlər, o cümlədən ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişinin 50-ci, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümlərinə həsr olunmuş elmi-praktik konfranslar keçirilib.
Qeyd olunub ki, hesabat dövründə təşkilatın İdarə Heyətinin 6, şurasının 2 iclası keçirilib. Partiya sıralarına qəbulda keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, xüsusilə gənclərin partiyaya qəbul edilməsinə böyük önəm verilib, partiya sıralarına 28 üzv qəbul edilib. Bu gün təşkilatın əhatə etdiyi 23 ilk partiya təşkilatının qeydiyyatında 1555 üzv vardır. Partiya üzvlərinin 312-si qadın, 411-i isə gəncdir.
İclasda çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov Azərbaycanda, eləcə də muxtar respublikamızda Heydər Əliyev siyasətinin ­ardıcıl şəkildə davam etdirilməsi nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, qazanılmış hər bir müvəffəqiyyətin kökündə artıq özünü əsl xalq partiyası kimi təsdiqləmiş Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinə uyğun fəaliyyəti dayanır. Partiyanın yaradıcısı, onun daimi və əbədi lideri Heydər Əliyev siyasətinə sadiqliyini əməli işi ilə sübut edən muxtar respublika Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov diyarımızın gündən-günə çiçəklənməsi, tərəqqisi və hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, muxtar respublikada, o cümlədən Sədərək rayonunda bütün sahələr sürətlə inkişaf edir, ümumi daxili məhsul, həyata keçirilən quruculuq, yaşıllaşdırma və abadlıq tədbirlərinin miqyası, tikinti-quraşdırma işlərinə qoyulan investisiyanın həcmi ildən-ilə daha da artır.

Şura iclasında çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov rayon təşkilatının, onun ərazi ilk təşkilatlarının və digər struktur bölmələrinin cari ilin birinci yarısındakı fəaliyyətini təhlil edib. Vurğulayıb ki, partiya təşkilatlarının fəaliyyətlərinin əsas istiqamətlərini müəyyən edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi illik İş Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bundan sonra da başlıca vəzifə kimi müəyyən olunmalı, həmin sənədin icrası zamanı keyfiyyət və əhatəlilik amilləri nəzərə alınmalıdır.
Sonra çıxışlar olub.

Sərxan İSMAYILOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR