19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sahəsində mütəxəssislərin informasiya-kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarıqlarının yaxşılaşdırılmasına böyük önəm verilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yay tətili günlərində ümumtəhsil məktəblərində çalışan müəllimlər üçün peşə məktəblərində elektron lövhə istifadəçisi və kompüter istifadəçisi ixtisasartırma kursları təşkil edib. Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində və Naxçıvan Şəhər Peşə Liseyində təşkil olunan kurslara muxtar respublika ümumtəhsil məktəblərində çalışan müəllimlərdən 73-ü elektron lövhə, 63-ü isə kompüter istifadəçisi olmaqla, ümumilikdə, 6 qrup üzrə 136 müəllim cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş Tədris Planına əsasən elektron lövhə istifadəçisi kursu bir ay, kompüter istifadəçisi kursu isə iki ay müddətinə tədris olunur. Kurs müddətində müəllimlərə kompüter texnologiyasının əsasları, İKT proqramları, tətbiqi proqramlar, eləcə də “Smart Notebook” proqramı öyrədiləcəkdir.

Bununla yanaşı, Naxçıvan Şəhər Peşə Liseyi və Şərur Texniki Peşə və Sürücülük Məktəbində payız-qış mövsümünə hazırlıq məqsədilə ümumtəhsil məktəbləri ilə yanaşı, digər müəssisə və təşkilatlarda çalışan, sertifikatı olmayan ocaqçılar üçün də qazanxana maşinisti ixtisasartırma kursu təşkil olunub. Hazırda bu kursda 34 müdavim təhsil alır.
Kursları başa vuran müdavimlər müvafiq sertifikatla təmin olunacaqlar.
Yay tətili dövründə peşə məktəblərində ixtisasartırma kurslarının davam etdirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459404
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2360
1580
2360
123445
4459404

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter