07 Dekabr 2019, Şənbə

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində ictimai nəqliyyatda fəaliyyət göstərən sürücülərin, dispetçerlərin və xətt nəzarətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov açaraq bildirib ki, muxtar respublika ərazisində istismarda olan ictimai nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzində saxlanılır. Bu işin tənzimlənməsi baxımından muxtar respublikada yol hərəkəti təhlükəsizliyinin texniki normativlərinə və standartlarına dair müvafiq normativ-hüquqi baza yaradılıb. Belə ki, xidmət tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını yerinə yetirən sürücü­lərin intizam Qaydaları”nın tətbiqi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılması, eləcə də sürücülərin fəaliyyətlərinin yüksək səviyyədə qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xidmətin sektor müdiri Zaur Əliyev çıxışında bildirib ki, muxtar respublika ərazisində sərnişindaşıma sahəsində fəaliyyət göstərən sürücülər mövcud olan lisenziya şərtlərini də yerinə yetirməlidirlər. O vurğulayıb ki, sürücülər arasında “Lisenziya şərtləri və onlara əməl olunması” mövzusunda mütəmadi olaraq maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq, lisenziya qaydalarının və şərtlərinin pozulması hallarına hələ də rast gəlinir. Bu halların aradan qaldırılması üçün lisenziya şərtlərinə əməl etməyən sürücülər haqqında qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin müdiri İlkin Məmmədov çıxışında sürücülərin ictimai nəqliyyatda daxili nizam-intizam qaydalarına əməl etmələrinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hər bir sürücü ictimai nəqliyyatda sürücü-sərnişin münasibətlərinin düzgün qurulması istiqamətində, eləcə də yol hərəkəti qaydalarına ciddi əməl etməklə sərnişinlərin rahat və təhlükəsiz şəraitdə mənzilbaşına çatdırılması işində üzərinə düşən məsuliyyəti dərk etməli, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacarmalıdır.
Sonda sürücüləri maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR