20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Sabahın müəllimi” layihəsi çərçivəsində “Naxçıvan” Universitetində pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib. Məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış ediliblər.
Universitetin prorektoru Hüseyn Bağırsoylu çıxış edərək bildirib ki, yeni layihənin tətbiqində əsas məqsəd pedaqoji profilli ixtisaslarda oxuyan tələbələri təhsildəki yeniliklər haqqında məlumatlandırmaq, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrini təşkil etmək, tələbələrin dərslik və metodik vəsaitlərin müzakirəsində iştirakına nail olmaqdır. Müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarət olan yeni layihə muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına da müsbət təsir göstərəcək.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, “Sabahın müəllimi” layihəsinə uyğun olaraq muxtar respublikada gənc kadrların işlə təminatı diqqətdə saxlanılır. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları”na əsasən dövlət ümumtəhsil müəssisələrinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə muxtar respublikanın ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.
Şərur rayon Havuş kənd tam orta məktəbinin tarix müəllimi Rəfail Hüseynov çıxış edərək muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, ucqar kəndlərində də gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə həmkarları adından minnətdarlıq bildirib.

Seyfur Hacımuradov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4278514
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1479
5856
31679
109872
4278514

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter