20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İyunun 19-da Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib, məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış ediliblər.
İnstitutun prorektoru Azad Novruzov çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda təhsilin bütün pillələrinin inkişafına böyük diqqət və qayğı göstərilir. Bunu ali təhsil müəssisələrinin timsalında da görmək olar. Naxçıvan Müəllimlər İnstitutu da belə qayğı ilə əhatə olunub. Bu isə imkan verib ki, gələcəyin müəllimləri savadlı mütəxəssis kimi yetişdirilsin.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, “Sabahın müəllimi” layihəsinin əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat vermək, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrini təmin etmək, tələbələrin dərslik və metodik vəsaitlərin müzakirəsində iştirakının təşkilinə nail olmaq, müəllim təcrübəsini paylaşmaq və məzunların işlə təmin edilməsinə köməklik ­göstərməkdir.

Bildirilib ki, bu layihəyə uyğun olaraq muxtar respublikada gənc kadrların işlə təminatı diqqətdə saxlanılacaq. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları”na uyğun olaraq bu proses müsabiqə yolu ilə həyata keçirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Bu gün keçirilən tədbirin də əsas məqsədi pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinin muxtar respublikanın ümumtəhsil müəssisələrində olan vakant müəllim vəzifələri ilə tanış edilməsi, onlara gənc müəllimlərin işə qəbulu qaydaları ilə bağlı ətraflı məlumatların ­verilməsidir.
Nazirlik Aparatının şöbə müdiri Abdulla Əsgərov pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə muxtar respublikanın ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və gənc mütəxəssislər üçün əlavə güzəştlər, stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.
Babək rayon Nəcəfalı Dizə kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Kəmalə Əhmədova çıxış edərək gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə görə gənc həmkarları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq bildirib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4278522
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1487
5856
31687
109880
4278522

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter