22 Avqust 2019, Cümə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

İyunun 12-də Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “Qurtuluşdan başlanan yol” mövzusunda interaktiv dərs keçilib.

Dərsdə AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Fəxrəddin Səfərli tərəfindən qeyd edilib ki, Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə bərpa etsə də, siyasi böhran, daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti, ayrı-ayrı bölgələrdə separatçılıq meyillərinin baş qaldırması, ağır sosial-iqtisadi vəziyyət ölkəni real vətəndaş qarşıdurması və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Mövcud şəraitdə Ermənistanın təcavüzü və torpaqların işğalı respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar edib. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, həmin il ok­tyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilib.
Beləliklə, 15 iyun Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Ulu öndərin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı alınıb və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldilib. Ümummilli lider Azərbaycanın çoxcəhətli inkişafı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirib.
Vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil edir. Ölkəmizdə həyata keçirilən siyasi kursun mahiyyətində məhz bu amil dayanır. Heydər Əliyev siyasətini layiqincə yaşadan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir.
Qeyd olunub ki, Heydər Əliyev ideyalarına sədaqət nümunəsi olan Naxçıvan bu gün gələcəyə daha böyük inamla addımlayır, yeni-yeni nailiyyətlər əldə edir, ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olur. Muxtar respublikada atılan hər bir addım, qəbul edilən hər bir qərar ictimaiyyət tərəfindən mütərəqqi təşəbbüs kimi qiymətləndirilir, cəmiyyəti düşündürən hər bir məsələdə Naxçıvan təcrübəsi nümunə kimi götürülür. Ulu öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən Naxçıvan strateji hədəfləri uğurla reallaşdırır. Bütün bunların təməlində isə milli dövlətçiliyə sıx bağlılıq, yorulmaz fəaliyyət dayanır.
İnteraktiv dərsdə muzeyin direktoru Ramil Orucəliyev ümummilli liderimiz Heydər Əliyevin ­ictimai-siyasi fəaliyyəti, keçdiyi şərəfli həyat yolu ilə bağlı muzeydə qorunan nadir tarixi sənədlər, elmi nəşrlər və xatirə əşyaları haqqında şagirdlərə məlumat verib.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4476400
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5041
5835
19356
140441
4476400

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter