27 İyun 2019, Cümə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində X sinif “Kimya” dərsliyinin müzakirəsi keçirilib.
Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək vurğulayıb ki, aprelin 15-də keçirilmiş müşavirədə Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırıqlar tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Həmin tapşırıqların icrasının təmin olunması məqsədilə Təhsil Nazirliyi ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini həyata keçirir. Bugünkü tədbir X sinfin “Kimya” dərsliyinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da həmin dərsliyin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov çıxış edərək yeni dərslik və dərs vəsaitlərinin nəşrinin və müzakirələrinin keçirilməsinin tədrisin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Müzakirədə dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmazlıqların da olduğu qeyd edilib.
Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.
Qeyd etmək lazımdır ki, Naxçıvan Dövlət Universitetində X sinif “Azərbaycan dili” və “Fizika”, “Naxçıvan” Universitetində XI sinif “İngilis dili” və X sinif “Tarix”, Naxçıvan Müəllimlər İnstitutunda X sinif “Riyaziyyat” və “İnformatika” dərsliklərinin müzakirəsi həyata keçirilib, dərsliklərdəki nöqsanlarla bağlı təkliflər hazırlanıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti