26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Mayın 22-də “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Sabahın müəllimi” layihəsinin təqdimatı keçirilib.
Təqdimatda Təhsil naziri Rəhman Məmmədov bildirib ki, “Sabahın müəllimi” layihəsi muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazır­lanmasına müsbət təsir göstərəcək yeni layihədir. Layihənin əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması, onların dərslik və metodik vəsaitlərin müzakirəsində iştirakının təşkili, tələbələrin innovasiyaya əsaslanan, yaradıcı düşüncəni əks etdirən yeni layihələrinin (startapların) dəstəklənməsi, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarətdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev çıxışlarında muxtar respublikada müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsinin əhəmiyyətindən, pedaqoji kadr hazırlığı istiqamətində dövrün tələbləri baxımından həyata keçirilən yeniliklərdən bəhs ediblər.
Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin ingilis dili müəllimi, Prezident mükafatçısı Nigar Mirzəm­mədova gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və gənclərin inkişafına göstərilən qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.
Tədbir bədii hissə ilə davam etdirilib.

Xəbərlər şöbəsi