19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hamiliyə verilmiş Hüquqşünaslıq ixtisasının II kurs tələbələri ilə “Ədliyyə könüllüləri” istiqamətverici layihəsi üzrə növbəti görüş olub.

 Tələbələr əvvəlcə nazirliyin İcra və probasiya şöbəsində probasiya üzrə müasir elektron nəzarət sistemi ilə tanış olublar. Burada onlara elektron nəzarət sisteminin istifadə qaydaları izah edilib, eləcə də məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsindən istifadə edərək sistemin işlənilmə qaydası öyrədilib.

Penitensiar Xidmətdə olarkən tələbələrə xidmətin əsasfəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, xidmətin vəzifələrimüəyyənmüddətdə azadlıqdan məhrumetmə cəzasını, məhkumların islah işini, onların mühafizə və müşayiətini icra etmək, məhkumların reabilitasiyası və sosial adaptasiyasına köməklik etmək, habelə hüquqi maarifləndirmə göstərməkdən ibarətdir.

Notariat və qeydiyyat şöbəsində tələbələr burada yerləşən arxiv ilə tanış olublar. Onlara arxiv işinin təşkili və tənzimlənməsi barədə geniş məlumat verilib, əməkdaşlarla birlikdə sənədlərin arxivləşdirilməsi proseduru əyani şəkildə öyrədilib.

Tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Pərviz HACILI

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR