19 Sentyabr 2019, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə Ədliyyə Nazirliyində “Qeyri­-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi” mövzusunda tədbir ­keçirilib.
Tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov açaraq bildirib ki, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradılıb. 2000-ci ildə “Qeyri-hökumət təşkilatları ictimai birliklər və fondlar haqqında” yeni Qanun qəbul edilib.
Vurğulanıb ki, müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib. Müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması, sürətli və dinamik inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı mükəmməl, siyasi və iqtisadi konsepsiyalara, mərhələ-mərhələ real­laşdırdığı demokratik, hüquqi və iqtisadi islahatlara söykənir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri Abil Orucəliyevin “Qeyri-­hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi”, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanun­vericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun “Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanun­vericiliyin tələbləri”, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimovun “Qeyri­-hökumət təşkilatlarının fəaliyyəti: vəzifələr və məsuliyyət” mövzularında çıxışları ­dinlənilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Məhkəmə Ekspertizasının aktual məsələləri” mövzusunda Məhkəmə Ekspertizası Mərkəzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə praktik seminar da keçirilib.

 Pərviz HACILI

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR