26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada dəqiq elmlər sahəsi üzrə geniş bilik verilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb. Liseyə qəbul imtahan vasitəsilə həyata keçirilir, burada tədris VII-XI siniflər üzrə aparılır.

2019-2020-ci tədris ili üçün liseyə sənəd qəbulu 1 aprel 2019-cu il tarixdən 30 aprel 2019-cu il tarixədək aparılıb. Liseyə 2018-2019-cu tədris ilində VI sinfi bitirən 362 şagird sənəd verib. Həmin şagirdlərə imtahanda iştirak etmək üçün mayın 8-dən 13-dək buraxılış vərəqələri paylanılıb.
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad-XXI əsr” hazırlıq kurslarının birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı ­keçirilib. ­
Qeyd edək ki, imtahanda şagirdlərə riyaziyyat və fizika fənlərinin hər birindən 25, Azərbaycan dilindən 20, ingilis dilindən 15, coğrafiya, biologiya və tarix fənlərinin hər birindən 5 olmaqla, ümumilikdə, 100 sualı cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib.
İmtahanda ən yüksək nəticə ­göstərmiş 60 şagird liseyə qəbul ­olunacaqdır.
Qeyd edək ki, 4 ildir, fəaliyyət göstərən liseyin nəticələri yüksək olub. Belə ki, son 2 ildə liseyi bitirən 49 şagirdin hamısı ali təhsil müəssisələrinə qəbul olub, onlardan 19-u 500-700 intervalında bal toplayıb.
Hazırda liseydə 229 şagird təhsil alır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti