26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində təşkil olunan “Həyatını elmə həsr edən görkəmli alim: Məmməd Cəfər Cəfərov” mövzusunda interaktiv dərsi muxtar respublikanın 218 ümumtəhsil məktəbinin şagirdləri izləyib.

İnteraktiv dərsi bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova aparıb.
Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamı görkəmli alimin irsinin öyrənilməsinə və təbliğinə geniş şərait yaradıb.
Vurğulanıb ki, Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yeri olan Məmməd Cəfər Cəfərov 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. Ali təhsilini müvəffəqiyyətlə başa vuran gənc alim “Gənc işçi”, “Maarif işçisi” qəzetlərinin redaksiyalarında ədəbi işçi, sonralar isə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Universitetində Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin “Ədəbiyyat qəzeti”nin şöbə müdiri və digər məsul işlərdə çalışıb. Daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda davam etdirib.
Akademik Məmməd Cəfər Cəfərovun elmi yaradıcılığına nəzər salan gənc tədqiqatçı şagirdlərin diqqətinə çatdırıb ki, həyatını elmin inkişafına həsr edən alimin Azərbaycan və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri, ali məktəblər üçün dərs vəsaiti və mühazirə mətnləri bu gün də öz aktuallığını qoruyub saxlayır.
Açıq dərsdə bildirilib ki, ömrünün 60 ilini ədəbiyyatımızın inkişafına həsr edən akademik Məmməd Cəfər Cəfərov elmi fəaliyyətinin 40 illik bir dövrünü AMEA ilə bağlayıb. Bu gün AMEA-da, eyni zamanda Naxçıvan Bölməsində alimin irsi dərindən öyrənilir və təbliğ edilir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi