26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Görkəmli pedaqoq, musiqişünas və rəssam ­Ərtoğrol Cavid – 100” adlı elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev bildirib ki, Ərtoğrol Cavid musiqişünas, rəssam və tədqiqatçı kimi Azərbaycan mədəniyyətində zəngin irs yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinin qeyd olunması ədəbi-mədəni irsimizə verilən yüksək qiymətdir.
Qeyd olunub ki, Ərtoğrol Cavid qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə tanınıb. O, Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində davam etdirib, eyni zamanda konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib, gənc tədqiqatçı kimi musiqi folkloru nümunələrinin toplanması və tədqiqində iştirak edib. Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı vaxtlarda Azərbaycanın ayrı-ayrı regionlarından toplanmış müxtəlif janrlı folklor nümunələri, eləcə də şifahi xalq ədəbiyyatına dair bəzi tədqiqat əsərləri barədə dəyərli elmi rəylər də yazıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Aypara Behbudovanın “Ədəbi-bədii irsi zəngin və bənzərsiz şəxsiyyət”, Pedaqoji fakültənin dekanı, dosent Nurlana Əliyevanın “Ərtoğrol Cavid – yarımçıq qalmış ömrün notları” mövzularında çıxışları dinlənilib.
Sonda görkəmli pedaqoq, musiqişünas, rəssam Ərtoğrol Cavidin həyat və yaradıcılığı haqqında slayd nümayiş olunub.

Seyfur HACIMURADOV