26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, bu sərəncam bilikli və təcrübəli gənc kadrların hazırlanmasında böyük imkanlar yaradacaq. Vurğulanıb ki, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən mərkəzlər yaradılır və tələbələr tərəfindən təqdim olunan layihələrin qəbulu və təqdimatları bu mərkəzlər tərəfindən həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tələbələrin hamiliyə götürül­məsi və startap layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür yeniliklər yetişən gənc nəslin gələcək iş həyatları üçün önəmli bir körpü yaradır.

Komitənin şöbə müdiri, universitetin Me­li­o­rasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müəllimi Səttar Nəsirov çıxış edərək sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə ardıcıl tədbirlər keçirildiyini vurğulayıb. Qeyd olunub ki, sözügedən layihələrdə gənc­lərin intellektual və yaradıcı potensialının, ideyalarının reallaşdırılması üçün dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, onlara daha əlverişli şəraitin yaradılması, fəallığının artırılması istiqamətində işlər davam etdiriləcəkdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Badəm MƏMMƏDOVA

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə görüş keçirilib.
Tədbirdə xidmətin rəisi Vəli Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr Dövlət Baytarlıq Xidmətinə hamiliyə ­verilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il aprelin 3-də imzaladığı müvafiq Sərəncamı muxtar respublikamızda gənclərin startap layihələrində fəal iştirakına və bu sahədə dövlət dəstəyinin güclənməsinə imkan yaradıb.
Sonra kollecin direktoru Asəf Ruşanov çıxış edərək deyib ki, muxtar respublikamızda tələbələrin iştirakı ilə “İdeyadan başlanğıca” devizi altında təşkil edilən “Startap turları” gənclərin yeni ideyalar ətrafında birləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti Xüsusi təhlükəli xəstəliklərə nəzarət şöbəsinin müdiri Elnur Əliyevin və kollecin müəllimi Aysel Se­yidovanın çıxışları dinlənilib.
Görüş çərçivəsində tələbələr Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti ilə tanış olublar.

 Pərviz HACILI