27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

“Naxçıvan” Universitetində 100-dən çox gəncin qatıldığı “I2B-İdeyadan biznesə” layihəsi çərçivəsində ikinci startap turu təşkil olunub.
Tədbirin informativ hissəsində məlumat verilib ki, ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə həyata keçirilən “I2B-İdeyadan biznesə” layihəsinin təcrübəsindən yararlanaraq muxtar respublikada startap hərəkatının genişləndirilməsi istiqamətində bir sıra tədbirlər reallaşdırıb. Bu istiqamətdə görülən işlər investisiya mühitinin yaxşılaşdırılmasına, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa, innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə hesablanıb.
Bu məqsədlə ekspert qrupu tərəfindən “I2B-İdeyadan biznesə” startap turunun Naxçıvan mərhələsində iştirak etmək üçün 31 layihədən 15-i seçilib.

Ümumilikdə, startap üçün 21 komanda formalaşdırılıb. Təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçılar müsabiqəyə hazırlanıb.
Nəticədə, Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Müvafiq olaraq “Peşəkar”, “Caravan Company”, “Pay Port” layihələri qalib olub.
Xatırladaq ki, Naxçıvanın “Noahland” komandası ötən il startap müsabiqəsinin respublika finalında 3-cü yerə çıxmışdı.
Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Builki qaliblər yay düşərgəsində finala hazırlıq məşğələlərində iştirak edəcəklər.
Bu ilin oktyabr ayında keçiriləcək milli finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq.
Milli finalda təşkilatçılar və tərəfdaşlar tərəfindən qalib gələcək ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.
Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

Tural Ağayev

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4021014
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1291
2657
1291
103396
4021014

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter