22 İyul 2019, Bazar ertəsi

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Mayın 4-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhər 20 saylı tam orta məktəb-liseyin bir qrup müəllim və şagird heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar muxtar respublikaya gəliblər. Qonaqlar səfər çərçivəsində Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Möminə xatın türbəsi, Naxçıvan Dövlət Universiteti, Biznes Mərkəzi və Naxçıvan Döyüş Şöhrəti Muzeyi ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov və Gənclər və İdman naziri Azad Cabbarov Naxçıvan şəhərindəki “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Görüş yeri” kafesində diyarımıza qonaq gələn müəllim və tələbələrlə görüşüblər.
Bakı şəhər 20 saylı tam orta məktəb-liseyin direktoru, Əməkdar müəllim Səadət Veysova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib, ekskursiyanın təşkili üçün yaradılan şəraitə və göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq edib. Müəllim və şagirdlərə Naxçıvan məhsullarından ibarət hədiyyələr verilib.
Bakılı məktəblilər Naxçıvandan xoş təəssüratlarla ayrılıblar.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4290965
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3486
5297
3486
122323
4290965

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter