17 Avqust 2019, Şənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, nümayəndəliyin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti, proqram ­rəhbəri Ramilə Aslanova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Pro­qramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olublar. Qonaqlar universitetin ərazisində ağacəkmə mərasimində iştirak ediblər.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Rektor dünyanın 50-dən çox ölkəsinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin qoşulduğu Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşı­lıqlı əməkdaşlığından söhbət açıb.
Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndə­liyinin rəhbəri Kestutis Yankauskas Avropa Birliyi haqqında məlumat verib. Bildirilib ki, 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat olan, 1951-ci ildə yaradılan ittifaq özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşısa da, bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə həll edilir. Birliyin ölkəmizlə bir çox sahələrdə əməkdaşlığını diqqətə çəkən səfir təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb. Çıxışda Erasmus+ proqramı haqqında da məlumat verilib. Tələbələrlə qarşı­lıqlı diskussiya şəklində qurulan görüş yaddaqalan olub. Qonaq sual­larını cavablandıran tələbələri hədiyyələrlə mükafatlandırıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti universitetin Təbiət­şünaslıq və kənd təsərrüfatı fakültəsində tələbələr üçün “Dayanıqlı inkişaf məqsədləri” mövzusunda mühazirə deyib. Qonaq bildirib ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub. O, tələbələrə İnkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən ətraflı danışıb. BMT İnkişaf Pro­qramının qarşıdakı dövrdə də ölkəmizlə əməkdaşlıq perspektivlərindən bəhs edib.
Universitetin Magistratura üzrə dekanlığında təşkil edilən mühazirədə isə AMFA-nın layihə koordinatoru Sevinc Rüstəmova “Maliyyə savadlılığına dair master-klass” keçib. Tələbələr maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar məlumat alıblar. Qarşılıqlı müzakirə şəklində qurulan mühazirədə tələbələrin sualları cavablandırılıb.


Səadət Əliyeva

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4455007
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11626
19453
66530
119048
4455007

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter