25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının I kurs tələbələri ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar keçirilən görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarının hamiliyə götürülməsi ilə əlaqədar ekspert qrupunun yaradıldığını diqqətə çatdırıb.
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında elmə, təhsilə göstərilən diqqət və qayğıdan danışan İsmayıl Hacıyev tələbələrə bölmənin yaranma tarixi, strukturu, aparılan tədqiqat işləri barədə məlumat verib. O, tələbələrlə müntəzəm görüşlərin keçiriləcəyini qeyd edib, onların gələcəkdə bir mütəxəssis kimi formalaşmalarına bölmə əməkdaşlarının dəstək verəcəyini bildirib, tələbələrə elmi jurnallar hədiyyə edib.

Sonra çıxış edən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi müəssisə tərəfindən Nахçıvаnın tаriхi, аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dair araşdırmaların aparıldığını deyib, görülən işlər barədə danışıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Görüş çərçivəsində tələbələr bölmənin Аrхeоlоgiyа və etnоqrаfiyа Muzeyində olub, 2006-2018-ci illərdə muxtar respublikanın müхtəlif ərazilərində аpаrılаn arxeoloji qazıntılar zamanı əldə olunan maddi mədəniyyət nümunələrinə baxış keçiriblər.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127742
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
546
4356
4902
91342
4127742

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter