25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində “Vətənpərvərlik” mövzusunda Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə açıq dərs keçilib.
Açıq dərsdə Naxçıvan şəhər 9, 16 və 2 nömrəli tam orta məktəblərin hərbi rəhbərləri Səfər Tağıyev, Salman Novruzov, Novruz Novruzov vətənpərvərlik mövzusunda çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, müəllim məktəbdə, ilk növbədə, şəxsiyyət yetişdirir və bu missiyanın təməlində vətənpərvərlik tərbiyəsi dayanır. Bu gün keçirilən tədbir də məhz bu məqsədə xidmət edir. Vətən borcu, Vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Bu sevgi onlara məhz məktəbdə aşılanmalıdır.
Bildirilib ki, istər Aprel döyüşlərində, istərsə də Ali Baş Komandanın vurğuladığı kimi, “Uğurlu Naxçıvan əməliyyatı” – Günnütün azad edilməsində əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı və Vətənə bağlılığı sübut etdi ki, Azərbaycanda vətənpərvər nəslin yetişdirilməsi bacarıqlı hərbi kadrların formalaşmasında mühüm rol oynayır.

IX və X sinif şagirdlərinin iştirak etdikləri açıq dərsdə muzeydəki müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş silah, texnika və qurğular, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər böyük maraq doğurub.
Sonra şagirdlər Təlim-Tədris Mərkəzi ilə tanış olub, vətənpərvərlik mövzusunda müzakirələr çay süfrəsi arxasında davam etdirilib.

Elxan BABAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127693
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
497
4356
4853
91293
4127693

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter