23 Aprel 2019, Çərşənbə axşamı

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Dövlət İmtahan Mərkəzi tə­rəfindən martın 31-də ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, indiyədək təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ­ ilin məzunları üçün imtahanlar keçirilib.
Ölkə üzrə təşkil olunan imtahanlar eyni vaxtda, saat 1100-da başlanıb. Həmin gün, ümumilikdə, 7353 nəfər imtahan verib.
Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri olmaqla, ümumilikdə, 45 test tapşırığı təqdim olunub.
Qeyd edək ki, imtahanda istifadə olunan açıqtipli tapşırıqların yoxlanılaraq nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək www.dim.gov.az saytında elan olunması nəzərdə ­tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3885210
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2276
4106
6382
75601
3885210

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter