26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin təqdimatı olub.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq fundamental nəşrin elmi dəyərindən danışıb. Alim bildirib ki, AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə hazırlanan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dəstəyi ilə çap edilən kitabın birinci cildində zəngin təbii şəraitə və təbii ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələri əks olunub. Fundamental əsərdə Naxçıvan ərazisinin geoloji quruluşu, relyefi, iqlimi, su ehtiyatları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və onlar geniş şərh edilib.

Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası”nın ikinci cildində muxtar respublikanın iqtisadi, sosial və siyasi coğrafiyasının müxtəlif sahələrinə aid elmi tədqiqatların nəticələri hərtərəfli işıqlandırılıb. Kitabda bu diyarın siyasi-iqtisadi, coğrafi mövqeyi, təbii şəraiti və təbii ehtiyatları, toponimikası, əhalinin məskunlaşması və digər son statistik məlumatlar yer alıb. Həmçinin Naxçıvanda sənayenin, kənd təsərrüfatının və infra­strukturun əsas sahələri araşdırılıb, inzibati ərazi vahidləri iqtisadi-coğrafi istiqamətdə ətraflı təhlil olunub. Sosial sahədə baş verən əhəmiyyətli dəyişikliklər konkret faktlarla ikinci cilddə ictimaiyyətə təqdim edilib.
Sonra Naxçıvan Dövlət Universitetinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylinin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası Azərbaycan elmində yeni nailiyyətdir” mövzusunda məruzəsi dinlənilib. Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin kiçik elmi işçiləri Qiyas Qurbanov və Lamiyə Əliyeva çıxış edərək yeni nəşrin elmi dəyərindən söz açıblar.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792549
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
387
2548
2935
56866
3792549

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter