27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Bu günlərdə Türkiyə Respublikasının İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təhsil sərgisi təşkil olunub.
Sərgidə “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu və Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşərrəf Məmmədova da iştirak ediblər. Tədbirdə Türkiyə Respublikasının gənc­lər və idman naziri, təhsil təşkilatlarının rəhbərləri, 150-dən çox universitet təmsil olunub.
Naxçıvan ali təhsil müəssisələrinin təşkil etdiyi sərgi böyük maraq doğurub. Sərgiyə baxışdan sonra universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun EURAS-ın İstanbul Universiteti üzrə təmsilçisi doktor Mustafa Aydınla görüşü olub. Görüş zamanı “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib, universitetlərarası əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022062
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2339
2657
2339
104444
4022062

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter