26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində Elm günü ilə əlaqədar olaraq “Elm həftəsi”nin ilk tədbiri ­keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. Respublikamızda elmə göstərilən diqqət və qayğıdan danışan akademik əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd olunub ki, 2002-ci il avqust ayının 7-də ümummilli liderin təşəbbüsü ilə yaradılan AMEA Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində ən son avadanlıqlarla təchiz edilib. Bölmədə Naxçıvanın tarixi, etno­qrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları və təbii ehtiyatlarının araşdırılmasında elmi istiqamətlər müəyyən edilib, müvafiq profillərə uyğun elmi-tədqiqat işləri yerinə yetirilərək mühüm nəticələr əldə olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır.

Vurğulanıb ki, Azərbaycanda elmin inkişafı ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin ardıcıl diqqəti sayəsində Azərbaycan elminin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Görkəmli dövlət xadiminin elmin inkişafına yönəlmiş fəaliyyəti dövlət başçısı cənab İlham Əliyevin də siyasətinin əsasını təşkil edir. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına, əsasən Azərbaycan elminin inkişafında ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
Bildirilib ki, elmin davamlı inkişafına dəstək Naxçıvan Muxtar Respublikasında da daim diqqətdə olub. AMEA Naxçıvan Bölməsinin maddi-texniki bazasının formalaşması, inzibati binalarının tikilib istifadəyə verilməsi, təşkilati strukturunun yenidən qurulması muxtar respublika rəhbərinin bu sahəyə ardıcıl diqqətinin bariz ifadəsidir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikası Mükafatlar Komissiyasının yaradılması, elmi əhəmiyyəti ilə seçilən əsərlər və memarlıq layihələrinin dövlət mükafatlarına layiq görülməsi elmin inkişafına verilən dəyərin göstəricisidir.
Surə Seyid vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi yanında Bilik Fondunun təsis edilməsi və qısa müddətdə uğurlu fəaliyyəti aktual mövzulara həsr olunmuş onlarla kitabın işıq üzü görməsinə səbəb olub, muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğı bundan sonra da öz töhfələrini verəcək.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli institutun 2009-2018-ci illərə aid elmi fəaliyyəti, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva isə muxtar respublikada qadın alimlərin fəaliyyəti barədə məruzə ilə çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib, sözügedən institutun fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792515
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
353
2548
2901
56832
3792515

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter