27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Heydər Əliyev Muzeyində növbəti açıq dərs “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusuna həsr olunub.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən dərsdə 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasından danışılıb. Qeyd olunub ki, 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına diqqət daha da artırılıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması ölkəmizin siyasi tarixində əhəmiyyətli hadisə olub. Müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll edən ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə yönələn cəhdlərin qarşısını böyük qətiyyətlə alıb, onu daha da möhkəmləndirib.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022169
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2446
2657
2446
104551
4022169

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter