24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Əcəmi seyrəngahında gənclər arasında “Axtar tap” intellektual oyunu keçirilib.
Əvvəlcə gənclər və idman naziri Azad Cabbarov çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğı barədə danışıb. Bildirilib ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Gənclər muxtar respublikanın ictimai-­siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.
Vurğulanıb ki, bununla bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. Gənclərin bütün sahələrdə uğur qazanması da onu göstərir ki, onlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır.
Diqqətə çatdırılıb ki, gənclər müxtəlif layihələr vasitəsilə Gənclər və İdman Nazirliyinə müraciət edə bilərlər.
Sonra gənclər ərazinin müxtəlif yerlərində hazırlanan suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar. Suallara daha tez cavab verən “Zirvə” komandası qalib adını qazanıb. “Atabəylər” komandası ikinci, “Karvan” komandası isə üçüncü olub.

Qalib komandaya Gənclər və İdman Nazirliyi tərəfindən kubok, digər komandalara və komanda üzvlərinə diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunub.
Qeyd edək ki, oyunda nazirliyin sosial şəbəkəsində qeydiyyatdan keçən 26 komanda iştirak edib. Oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014238
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3672
4800
21728
96620
4014238

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter