26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə ekskursiyaları təşkil olunur.
Martın 15-dək davam edəcək ekskursiyaların Naxçıvan Dövlət Universitetinə, “Naxçıvan” Universitetinə və Naxçıvan Müəllimlər İnstitutuna təşkili nəzərdə tutulub. Ekskursiyalarda muxtar respublikanın bütün şəhər və rayon məktəbliləri təmsil olunmaqla, ümumilikdə, 300-dən çox şagird iştirak edəcəkdir.
Martın 1-də təşkil edilən növbəti ekskursiyada Şərur rayon, Sədərək rayon və Şərur Şəhər ­Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə, ümumilikdə, 70 şagird iştirak edib.
Muxtar respublikanın ali təhsil ocaqlarına ekskursiyada olan şagirdlər bu ali təhsil müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və tələbələr üçün yaradılan şərait haqqında məlumat alıblar. Eyni zamanda şagirdlər dərslərdə də iştirak edib, müəllim və tələbələrlə görüşüb, kitabxana, akt zalı, idman zalı, kompüter və elektron lövhəli otaqlar, laboratoriyalar və yataqxana ilə yaxından tanış olublar.
Məzunların ixtisas seçiminə öz müsbət təsirini göstərəcək ekskursiyaların davamlı olaraq təşkili planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792560
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
398
2548
2946
56877
3792560

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter