24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhər 10 nömrəli uşaq bağçasının məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib.
Tədbirin keçirilməsində məqsəd uşaqların zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlara uşaqların marağının artırılması, əqli qabiliyyətlərinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi olub. İki mərhələdən ibarət oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar butona basmaqla 35, ikinci mərhələdə isə onlara təqdim olunan 5 şəkilli sualı cavablandırıblar.
Sonda daha çox suala düzgün cavab verən “Əlincə qalası” komandası qalib adını qazanıb. “Gülüstan” komandası ikinci, “Möminə xatın” və “Nuh yurdu” komandaları isə üçüncü olub.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunub. Daha sonra uşaqların iştirakı ilə yallı rəqsi nümayiş etdirilib.

İntellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014249
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3683
4800
21739
96631
4014249

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter