17 Fevral 2020, Bazar ertəsi

Türkiyə Respublikasının Baş konsulu Mehmet Emin Kiraz “Naxçıvan” Universitetində olub.
Universitetin kitabxanasında təşkil edilən görüşdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Bildirilib ki, “Naxçıvan” Universiteti tərəfindən bir çox xarici universitetlər və beynəlxalq qurumlarla əməkdaşlıq müqavilələri imzalanıb. Bu əməkdaşlıq ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim-tələbə mübadilələrinin həyata keçirilməsinə xidmət edir.
Görüş zamanı “Mövlana Mübadilə Proqramı” çərçivəsində “Naxçıvan” Universiteti ilə Türkiyə universitetləri arasında münasibətlərin daha da genişləndirilməsinə dair Türkiyə vətəndaşlarının “Naxçıvan” Universitetinə təhsilə cəlbi ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub. Bundan başqa, Türkiyə universitetlərində çalışan akademik heyətin ali təhsil ocağına dəvət olunması və onların mühazirələr keçməsi ilə bağlı razılıqlar əldə edilib.
Sonra Baş konsul Mehmet Emin Kiraz gətirdiyi 46 cildlik dini ensiklopediyanı universitet kitabxanasına təqdim edib.

Nuray ƏSGƏROVA

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR