20 Fevral 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanımızı tanıyaq” mövzusunda keçirilən bilik yarışının II turunun seçim mərhələsi başa çatıb.
Naxçıvan Şəhər Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin “Əlincə”, 8 nömrəli tam orta məktəbin “Gəmiqaya”, 10 nömrəli tam orta məktəbin “Nuh yurdu” və Naxçıvan Qızlar Liseyinin “Araz” komandaları iştirak edib. Liseyin “Araz” komandası qalib gələrək finala vəsiqə qazanıb.
Onu da vurğulayaq ki, 6 mərhələdən ibarət olan yarış yanvar ayından başlayaraq ayda bir dəfə olmaqla, Naxçıvan şəhərindəki ümumtəhsil məktəbləri arasında keçirilməkdədir. Yarış seçim mərhələsi və final formatından ibarətdir. Seçim mərhələsi beş turdan ibarət olmaqla, 4 komanda və 20 şagirdin iştirakı ilə keçirilir. Ən yaxşı nəticə göstərən 5 komanda final mərhələsində iştirak etmək imkanı qazanır. Viktorinanın seçim mərhələsinin hər turu test, videoçarxlar formatında olmaqla, 5 mərhələ 32 sual, final mərhələsi isə 40 sualdan ibarətdir. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəm­li şəxsiyyətləri, tarix-mədəniyyət abidələrinə həsr edilib. Hər sual üzrə düzgün cavab 10 bal intervalında qiymətləndirilir.
Təqdim edilmiş hər bir suala 10 saniyə ərzində verilən cavab etibarlı sayılır. Bir neçə komandanın topladığı ballar eyni olarsa, vaxt baxımından suala daha tez cavab verən komanda qalib hesab edilir.
Final mərhələsində I,II, III və həvəsləndirici yerləri tutan qalib komandalar təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.

 Gülcamal TAHİROVA

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR